Nazilə Səfərlinin həbs edilməsi xəbərinə - DİN-dən reaksiya

Nazilə Səfərlinin həbs edilməsi xəbərinə - DİN-dən reaksiya
11227 dəfə oxunub
  • A-
  • A
  • A+

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti açıqlama yayıb.

Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.

Qeyd edək ki, N.Səfərli həbs xəbərləri yayılandan sonra Şəmkirdə toyda sosial şəbəkə vasitəsilə canlı yayıma çıxıb.