Türkiyədə yayımlanan "Kızılcık şerbeti" serialının nöbəti bölümü də tənqid olunub.
Axşam.az xəbər verir ki, söhbət 18-ci bölümdəki toy səhnəsindən gedir. Mərasimin ardından həyat yoldaşı məcburi şəkildə ərə verilən "Nursema" obrazını pəncərədən itələyərək yıxılmasına səbəb olub.
İzləyicilər ekran işinin ünvanına "Bu necə ssenaridir?", "Bu, İslam deyil", "Serialın yayımı dayandırılmalıdır" kimi şərhlər yazıb.
Maraqlı məqamlardan biri isə tənqidlərə rəğmən layihənin ötən gün reytinqlərdə birinciliyi əldən verməyən "Yalı çapkını" serialını geridə qoyaraq ilk sırada yer almasıdır.
Qeyd edək ki, serialın ötən bölümlərində başıbağlı xanımların tərkibində spirt olan odekolondan istifadə etmək istəməməsi də birmənalı qarşılanmamışdı.