"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər - İlk dəfə

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər - İlk dəfə
3811 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı qərar qəbul edib.

Axşam.az xəbər verir ki, qərara əsasən, ekran işi 7 aprel tarixindən etibarən 5 həftə boyunca yayımlanmayacaq. Məsələ ilə bağlı telekanal məhkəməyə müraciət edib. 

Qeyd edək ki, bənzər seriallar üçün də bu cür qərarlar qəbul edilsə də, türk televiziya tarixində sözügedən qadağanın qüvvəyə minəcəyi ilk serial olacaq.

Onu da qeyd edək ki, serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Ekran işi reytinqlərdə öndə olan "Yalı çapkını" serialını da geridə qoyaraq birinci pilləyə yüksəlib.