Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi övladının Amerikada NASA-nın müsabiqəsində iştirak etdiyini bildirib:
"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun".