Müğənnilər mərhum Xalq artisti Səməd Səmədovun evinə yığışıblar.
Axşam.az xəbər verir ki, bunla bağlı fotoları müğənni Sevda Əliqızı və Yeganə Mürsəlova paylaşıb. Sevda bildirib ki, müğənninin xanımı İradə Qasımova onları bir araya toplayıb:
"Xanımı İradə Səməd Səmədovun adına Quran tapşırdı edib. Bizi də iftar süfrəsinə dəvət etdi. Allah başda Səməd olmaqla, dünyasını dəyişən bütün sənət dostlarımıza rəhmət eləsin".
Qeyd edək ki, S.Səmədov 2021-ci ilin iyulunda koronovirusdan dünyasını dəyişib.