Həyat yoldaşının vəfatından sonra ilk dəfə görüntüləndi - Fotolar

Həyat yoldaşının vəfatından sonra ilk dəfə görüntüləndi - Fotolar
47413 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb. 

Axşam.az xəbər verir ki, aktrisa bir müddətdir fasilə verilən "Söhbət var" verilişinin çəkilişinə başlayıb. 

Proqramın növbəti buraxılışı Oqtay Əliyevə həsr olunub. Çəkilişdən fotoları müğənni Elvin Abdullayev paylaşıb. 

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.