1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun ölümündən 12 il ötür.
Axşam.az xəbər verir ki, ötən gün ailəsi və dostları onun məzarını ziyarət edib.
Qeyd edək ki, A.Məmmədxanov 2011-ci ildə vəfat edib. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı, ürəyin işemik xəstəliyi olub. İradə Məmmədxanova adlı xanımla ailəli olan Anarın bir qız, bir oğul övladı var.
Foto: İlqam Cəbiyev