Bakıda yataqxanada yanğın - Yenilənib+Fotolar

Bakıda yataqxanada yanğın - Yenilənib+Fotolar
1870 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Yasamal rayonunda yerləşən yataqxanada yanğın başlayıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib.

***

Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Yanğın beşinci mərtəbədəki mənzildə olub.

***

Yanğın dördüncü mərtəbədən başlayaraq beşinci mərtəbəyə keçib.

Ümumilikdə 4 mənzil yanıb, digər mənzillər alovdan xilas edilib.