Xalq artisti Fəxrəddin Manafovun adından saxta hesablar açılıb.
Axşam.az xəbər verir ki, bu barədə Xalq artisti Mehriban Zəki məlumat yayıb. O, səhifələrin fotolarını izləyiciləriylə paylaşaraq bunları yazıb:
"Bir neçə gün əvvəl instaqram hesabarından birində xəbərlə rastlaşdım ki, Fəxrəddin Manafov paylaşım etdi. Sonra axtarışa verdim və qarşıma Fəxrəddin müəllimin adına kifayət qədər izləyicisi olan bir neçə hesab çıxdı. Buradan həmin səhifələri izləyən dostlarıma xəbər vermək istəyirəm ki, Fəxrəddin Manafov sosial mediadan istifadə etmir. Bu barədə dəfələrlə müsahibələrində də deyib. Onun adına hesab açan şəxslərdən isə xahiş edirəm ki, bunların fan səhifələr olduğunu qeyd edəsiniz".