Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittlə övladlığa götürdüyü oğulları Maddoksla Ağ Evdə təşkil olunan ziyafətə qatılıb.
Axşam.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Cənubi Koreya lideri Yoon Suk-yeolla həyat yoldaşı Kim Keon Heeni ölkələr arasında birliyin 70-ci ildönümünü qeyd etmək üçün qəbul edib.
Tədbirdə obyektivlərə Ancelina ilə oğlu da tuş gəlib.
Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.
Maddoks Cənubi Koreyada təhsilini başa vurub.