689 min vergi borcu olduğu ortaya çıxdı, Dubaya getdi

689 min vergi borcu olduğu ortaya çıxdı, Dubaya getdi
837 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Daxili İşlər Nazirliyi tərtib edilən “qara siyahı” əsasında bəzi məşhurların vergidən yayınma və çirkli pulların yuyulmasında iştirak edib-etmədiyini yoxlayır.

Axşam.az xəbər verir ki, araşdırma nəticəsində "İnstasamka" ləqəbi ilə tanınan rusiyalı reper, bloger Darya Zoteeevanın 689 min rubl vergi borcu olduğu ortaya çıxıb. Bu səbəbdən onun hesabları bloklanıb. 

Daha sonra məlum olub ki, reper Dubaya uçub. Bu barədə o, sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, sözügedən siyahıda Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayevanın da adları var.