"Avroviziya 2011" qalibi Eldar Qasımov İngiltərəyə yollanıb.
Axşam.az xəbər verir ki, müğənninin səfərinin məqsədi "Avroviziya" mahnı müsabiqəsi ilə bağlıdır. İfaçı səfər çərçivəsində Londonu və yarışmanın keçiriləcəyi Liverpul şəhərini gəzib.
Eldar fotolarını instaqram izləyiciləri ilə bölüşüb. O, şəkillərinə "İndi heç kim günəşə baxa bilməz. Külək onları təmizlədikdən sonra səmada parıldayır" sözlərini yazıb.
Qeyd edək ki, Eldar "Avroviziya"nın Azərbaycan nümayəndə heyətinin musiqi prodüseridir.
Xatırladaq ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.