Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn edilib.
Axşam.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.Bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimində Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin teatr sektorunun müdiri Vəfa Novruzova, Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarını icra edən İlham Əsgərov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və teatrın digər əməkdaşları iştirak edib.
Qeyd edək ki, Çingiz Aslanovun ölüm xəbərini ilk dəfə Axşam.az saytı yayıb. O, bir neçə gün əvvəl dünyasını dəyişib və nəşi morqda qalıb.