Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.
Axşam.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafonun start fitini üçüncü dəfə Xalq artisti Aygün Kazımova verib.
Marafonda sənət aləminin tanınmış simaları da iştirak ediblər.
Qeyd edək ki, “Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.