Xəbər verdiyimiz kimi, türkiyəli fenomen Şeyma Subaşı misirli sevgilisi, iş adamı Mohammed Alsaloussi ilə ailə qurub.
Axşam.az xəbər verir ki, cütlüyün Mərakeş Krallığında baş tutan toyu 3 gün davam edib. Mərasimlərdə müxtəlif gəlinliklər geyinən Şeyma fotolarını sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Şeyma "TV 8" kanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onların bu evlilikdən bir qız övladı var.