Tural və Turanı məşhur filmdəki obraza bənzətdilər - Fotolar

Tural və Turanı məşhur filmdəki obraza bənzətdilər - Fotolar
4158 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2023" təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşlarının ötən gün yarışmanın açılış mərasimində olan tərzi müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, qardaşların saç düzümü və makiyajı ilə bağlı müxtəlif bənzətmələr yazılıb. 

Modelyer Şəlalə Qurbanova paylaşımında əkizləri "Azərbaycanın Konçitaları" adlandırıb.

Digər bir şərhlərdə isə ifaçıların tərzi rejissor Tom Huperin 2015-ci ildə təqdim etdiyi "Danimarkalı qız" filmindəki baş qəhrəman Lili Elbeyə (aktyor Eddi Redmeyn canlandırıb - red.) bənzədilib. Ən çox da Tural və Turanın saç düzümünün Lilinin eynisi olduğu bildirilib. 

Maraqlısı isə odur ki, sosial şəbəkədə azərbaycanlılar müğənnilərin tərzini tənqid etsə də, xaricilər təriflər yazıblar. Hətta yazılan şərhlər arasında "Avroviziya" iştirakçıları arasında ən gözəl geyinən onlardır" sözlərini qeyd edənlər də olub.