Sənət adamlarından Heydər Əliyevlə bağlı paylaşım - Fotolar

Sənət adamlarından Heydər Əliyevlə bağlı paylaşım - Fotolar
1951 dəfə oxunub
  • A-
  • A
  • A+

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. 

Axşam.az xəbər verir ki, bununla bağlı sənət adamları da sosial şəbəkədə paylaşımlar edib. 

Xalq artisti Aygün Kazımova paylaşımında "Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi -  Heydər Əliyevin anadan olmasından 100 il ötür. Dövlət xadimi olmaqla yanaşı, Ulu Öndər hər zaman biz sənət adamlarına xüsusi diqqət ayırırdı. Onunla bağlı xatirələrim o qədər çox və özəldir ki, yazmaqla bitməz. Ümummilli lider, biz sizi heç vaxt unutmayacağıq. Hər zaman Azərbaycanın ürəyindəsən, nə qədər insan ömrü var, sən bizimləsən!" sözlərini yazıb.

Xalq artisti Brilliant Dadaşova isə "Bu gün Ulu Öndərimizin 100 illik yubileyini qeyd edirik. Musiqi ürəyimizdə yaşayan ali hissləri əks etdiirir" sözləri ilə Heydər Əliyevi anıb. 

Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Hörmət və ehtiramla anırıq!" sözlərini paylaşımında yazıb.