Əməkdar artist Lalə Məmmədova yeni fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, müğənninin fərqli görünüşü müzakirələrə səbəb olub. Üzündə estetik əməliyyat etdirən Laləni izləyiciləri tanımayıblar.
Məmmədova eyni zamanda saçlarını da uzadıb. O, fotolarına "Sənətkar əli toxununca... Elnur Həsənov (stilist - red.)" şərhini yazıb.
Müğənninin görünüşündəki dəyişikliyi tənqid edənlərlə yanaşı, ona təriflər yazan da olub. Bir çoxları isə L.Məmmədovanın uzun saçlarını daha çox bəyəndiyini vurğulayıb.
Qeyd edək ki, L.Məmmədova bundan əvvəl burun və bədənşəkilləndirmə əməliyyatı etdirmişdi.