Fuad İbrahimov Dövlət Akademik Filarmoniyasının baş dirijoru oldu

Fuad İbrahimov Dövlət Akademik Filarmoniyasının baş dirijoru oldu
910 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Filarmoniyasına yeni baş dirijor təyin edilib.

Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Fuad İbrahimov təyin olunub.

 O bu vəzifədə, Xalq artisti Rauf Abdullayevi əvəz edib.

Qeyd edək ki, Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.
Fuad İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.