Xəbər verdiyimiz kimi, türkiyəli aktyor İbrahim Çelikkol yazar Natali Yarcanla münasibətdədir.
Axşam.az xəbər verir ki, cütlük ötən gün ilk dəfə Karaköydə səmimi şəkildə görüntülənib. Natalı obyektivlərdən qaçmaq istəsə də aktyor onu saxlayaraq "Sevgilim, narahat olma, gizlədəcək heç nəyimiz yoxdur" deyib.
Qeyd edək ki, Çelikkol ötən il iyunda 5 illik həyat yoldaşı Mihre Mutluyla boşandıqdan 5 ay sonra yeni münasibətə başlamışdı.