Məşhur müğənni Rihanna sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı ilk hamiləliyindən olan görüntüləri izləyiciləri ilə bölüşüb.
"İlk hamiləliyimin, bu bədənin yaratdığı sehrin şərəfinə! Körpə Rza... O, anasının nə qədər çılğın olmasından və ya məni nə qədər narahat etməsindən xəbərsiz idi" deyə, Rihanna şəkillərinə yazıb.
O, fotolarının davamının olacağını vurğulayıb.
Qeyd edək ki, reper Eysap Roki (Rakim Mayers) ilə nişanlı olan müğənni hazırda ikinci övladına hamilədir.