Türkiyəli fenomen Şeyma Subaşı misirli həyat yoldaşı, iş adamı Mohammed Alsaloussi ilə bal ayına yollanıb.
Axşam.az xəbər verir ki, cütlük Yaponiyanın paytaxtı Tokioya gediblər. Şeyma bal ayından olan görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Şeyma "TV 8" kanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onların bu evlilikdən bir qız övladı var.
Şeyma ilə Mohammed mayın əvvəlində nikah masasına əyləşib və Mərakeş Krallığında 3 gün toy ediblər.