Bu dəfə Kaliforniyanın ən bahalı malikanəsini aldılar - Fotolar

Bu dəfə Kaliforniyanın ən bahalı malikanəsini aldılar - Fotolar
4381 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur müğənni Beyons və həyat yoldaşı, reper Cey-Z Kaliforniyanın ən bahalı (Amerikanın ikinci ən bahalı) malikanəsinin sahibi olublar.

Axşam.az xəbər verir ki, cütlük mülk üçün 200 milyon dollar (təxminən 340 milyon 092 min 178 manat) ödəyib. 

Malikanə ən məşhur yapon ustalarından biri Tadao Ando tərəfindən dizayn edilib və dünyanın ən böyük sənət kolleksiyaçısı Uilyam Bell tərəfindən tikilib. Evin yalnız beton konstruksiyasını təxminən 15 ilə hazır olub.

Qeyd edək ki, Beyons və Cey Z bundan əvvəl 28 milyon dollar qiymət etiketi ilə dünyanın ən bahalı avtomobili olan "Rolls-Royce"ı satın almaları ilə gündəmə gəlmişdilər.