Qadınlarla bağlı yazdıqlarına görə tənqid olundu - Fotolar

Qadınlarla bağlı yazdıqlarına görə tənqid olundu - Fotolar
1650 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, ifaçı istifadəçilərdən birinin "Sizə verilən ən gözəl məsləhət" sözlərinə belə reaksiya verib. 

"Yüngül əxlaqlı qadınla elə yüngüləxlaqlı qadın, şahzadə ilə kraliça kimi davranın. Sənə hörmət edənin qulu ol. Təkəbbürlülərin padişahı ol. İnsanları həmişə öz yerinə qoymaq lazımdır. Sayanın qulu, saymayanın ağasıyam. Sözü at, yiyəsi götürər". 

Onun bu fikirlərinə qızlar tənqid yazıb, yanlış yanaşma olduğunu bildiriblər. 

İzləyicilərdən birinin "Yüngül əxlaqlı qızlarla tez-tez görüşürsünüz" sualına Navai "Heç yerdə yazmadım ki, onlara qarşı pis münasibət bəsləmək lazımdır. Ümumiyyətlə, heç bir qadına pis davranmaq olmaz. Burada münasibət fəqliliyi mövcuddur" cavabını verib. 

Daha sonra məsələ ilə bağlı çox sayda tənqidi mesaj alan müğənni "Heç vaxt konfeti qablaşdırmasına görə mühakimə etməyin, açın, yeyin, içini sınayın və sonraonun dadlı olub olmadığını deyin. Konfetin içliyi candır, bu xüsusilə axmaqlar üçündür" deyərək, söhbətə son qoyub.