İordaniya şahzadəsinin xınası oldu - Fotolar

İordaniya şahzadəsinin xınası oldu - Fotolar
1673 dəfə oxunub
  • A-
  • A
  • A+

İordaniya Kralı II Abdullah ibn Al Hüseynin oğlu şahzadə Hüseyn toya hazırlaşır.

Axşam.az xəbər verir ki, İordaniya vəliəhdi Səudiyyə Ərəbistanından olan Rayva adlı memarla ötən il nişanlanıb. Dünən isə Rayvanın xına mərasimi baş tutub. 

Xına İordaniyada olub. Gecədən fotoları kralın həyat yoldaşı, kraliça Rania Al Abdullah paylaşıb. Gecədə kral ailəsi və yaxınları yer alıblar.

Rayva xına məclisində yerli dizayner Honayda Serafinin kolleksiyasından qızılı işləmələrin olduğu ağ libas geyinib. 

Qeyd edək ki, Hüseyn və Rayvanın toyu iyunun 1-də olacaq.