"Alatoranlığ"ın aktyorunun son halı təəccübləndirdi - Foto

"Alatoranlığ"ın aktyorunun son halı təəccübləndirdi - Foto
2393 dəfə oxunub
  • A-
  • A
  • A+

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner həyat yoldaşı Teylor Dom ilə verilişlərin birində qonaq olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, proqramda 31 yaşlı aktyorun xarici görünüşü diqqət çəkib. Onun üzündəki dəyişiklik izləyicilərini də təəccübləndirib.

Onlar sosial şəbəkədə "Pis qocalıb", "Dəhşətli görünür", "O, çox yaşlanıb" kimi rəylər yazıblar.

Qeyd edək ki, aktyor ötən il "Alatoranlıq"dakı obrazından sonra emosional şəkildə tükəndiyi üçün karyerasını bitirdiyini açıqlamışdı.