İsrailli 35 yaşlı model Karina Bauman vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 13 il əvvəl özünü arıqlatmağa başlayan model anoreksiyadan ölüb.
Dərisi qırışan və saçları ağaran Karinanın çəkisi dünyasını dəyişərkən cəmi 24 kiloqram olub.
Qeyd edək ki, model bir il əvvəl reabilitasiya klinikasındakı müalicəsini ona faydalı olmadığını düşündüyü üçün dayandırmışdı.