Azərbaycan Rəngkarlığı Muzeyində Xalq artisti, rejissor Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir ("Fəryad 2") filminin təqdimat mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, gecədə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Oqtay Mirqasımov, yazıçı-publisist Əlisəfdər Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Cabbarov çıxış edərək Vaqif Mustafayevin yaradıcılığından danışıb.
Gecədə sözügedən ekran işi nümayiş olunub. Film 44 günlük Vətən müharibəsindən bəhs edir.
İlkin adı "Fəryad 2" olan filmdə Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.