Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov dəfn edilib.
Axşam.az xəbər verir ki, o, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Mayın 9-da əməliyyat olunan Elxan Qasımovun müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilmişdi.
Fotolar: İlqam Cəbiyev