Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçirilib.
Axşam.az xəbər verir ki, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, muğam irsinin tədqiqatçısı Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açıb. O, musiqişünas-alim Ramiz Zöhrabovun xanəndə ilə bağlı xatirələrini, sənətkarın özünəməxsus ifaçılıq xüsusiyyətlərini yada salıb.
Gecədə unudulmaz xanəndənin kino yaradıcılığından da danışılıb. Fatma Mehrəliyevanın Teyyub Dəmirovla birgə lentə aldığı “Kəsmə-şikəstə”nin lent yazısı və “Arşın mal alan” filmindən kadrlar nümayiş olunub.
Tədbir BMM-nin solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.