Gülyanaq Məmmədova Nəsibə Abdullayeva ilə bir arada - Fotolar

Gülyanaq Məmmədova Nəsibə Abdullayeva ilə bir arada - Fotolar
2322 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın və Azərbaycanın Xalq artisti Nəsibə Abdullayeva ilə bir araya gəlib. 

Axşam.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. Sənətçi həmkarı ilə Özbəkistanın Daşkənt şəhərində keçirilən Diasporun ölkədəki 20 illiyinə həsr olunmuş tədbirdə birgə səhnə aldığını bildirib.

Fotolarda Xalq artisti Teyyub Aslanov və xanəndə Kamilə Nəbiyeva da yer alıblar. 

Qeyd edək ki, N.Abdullayeva daha çox "Səndən nigaranam" mahnısı ilə məşhurlaşıb.

G.Məmmədova həmçinin, Özbəkistanın Xalq artistidir.