Emiliya Yaqubova Beyonsun konsertində - Video+Fotolar

Emiliya Yaqubova Beyonsun konsertində - Video+Fotolar
3408 dəfə oxunub
  • A-
  • A
  • A+

Ailə qurduqdan sonra Londona köçən azərbaycanlı müğənni Emiliya Yaqubova amerikalı məşhur müğənni Beyonsun konsertində iştirak edib. 

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. Emilya Beyonsun "Tottenhem Hotspur" stadionundakı konsertindən görüntüləri izləyiciləri ilə bölüşüb.

"Nə gecə idi! "Renessans" dünya turu. Bu, unudulmaz idi. Beyons, möhtəşəm idiniz! Gözəl ürəyiniz üçün təşəkkür edirəm. Sizi sevirəm" deyə, o, paylaşımında yazıb. Qeyd edək ki, Emilya 2019-cu ildə ailə qurduqdan sonra Böyük Britaniyanın London şəhərində yaşayır.