Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrinlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, xanəndə övladının çəkdiyi rəsm əsərinin sertifikat aldığını vurğulayıb.
"Gözəl qızım, uğurların daim bol olsun" deyə, Eyubova paylaşımında qeyd edib.
Nəzrin "Vətənimizin rəngləri" sərgisində iştirakına görə təltif edilib.