"Bu dünyada hər kəs ürəyinin çörəyini yeyir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova yeni fotolarını yayımlayarkən yazıb. Ağ libasda obyektiv qarşısına keçən sənətçi bunları əlavə edib:
"Çox şükür, par-par parıldayıram. Tam olduğu kimi, tələsmək lazım deyil, səbr. Zirvə mənim taleyimdir. Səhnə isə qəlbimdir".
Günel ayaqqabısının "Versace" brendinə, aksesuarlarının isə "Roberto Coin"ə məxsus olduğunu qeyd edib.