Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov ad gününü qeyd etmək üçün Maldivə yollanıb.
Axşam.az xəbər verir ki, hazırda Dubayda olan bloger uçuş üçün özəl təyyarə götürüb. Hüseyn 29 yaşını adada qeyd etdiyini bildirib.
Daha sonra Dubaya qayıdan blogerin başına iş gəlib. O, təyyarədə yaşadığını izləyiciləri ilə bölüşüb.
"Ayaqyolunda olanda qapı bağlandı və açılmadı. Bu təyyarədə isə ayaqyolu çox balaca, şkaf formasındadır. Mən isə bu cür dar yerdə qala bilmirəm. Həyatımın ən dəhşətli 15 dəqiqəsi idi. Panik-atak keçirtdim. Qorxumla göz-gözə gəldim. Artıq təyyarədə ayaqyoluna girmirəm" deyə, Hüseyn bildirib.
