Xalq artisti Ənvər Sadıqov Braziliyaya yollanıb.
Axşam.az xəbər verir ki, qarmon ifaçısının səfərinin məqsədi orada konsert proqramı ilə çıxış etmək olub.
"Braziliyanin paytaxt şəhərındə Azərbaycan Respublikasının Braziliyadakı Safirliyinin təşkili ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Respublikasının 28 May Respublika Günü münasibəti ilə konsert oldu" deyə, Ə.Sadıqov bildirib.
Tədbirdə Əmakdar artist Emil Əfrasiyab da yer alıb.
Ə.Sadıqov Braziliyadan fotolarını sosial şəbəkədə paylaşıb.