Azərbaycanda ilk dəfə "Arşın mal alan" tamaşası jest dili ilə nümayiş olunub.
Axşam.az xəbər verir ki, tamaşa Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş eşitmə məhdudiyyətli şəxslərin I Mədəniyyət Festivalı çərçivəsində göstərilib.
"Ümid var" yaradıcılıq qrupunun hazırladığı tamaşada rəqqasə-aktrisa Oksana Rəsulova, xareoqraf İsmayıl Məmmədzadə də rol alıb. Yaradıcılıq qrupu bildirib ki, bunun üçün bir çox aktyora təklif olunsa da, onlar oynamaqdan imtina ediblər.
"Əvvəl razılaşsalar da, jest dili hissəsinə keçəndən sonra işi yarımçıq qoydular" deyə, paylaşımda yazılıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə təklifi geri çevirən aktyorlar Əməkdar artist Bəhruz Vaqifoğlu, aktrisa Zümrüd Qasımova və aktyor İslam Mehrəliyev olub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi il baş tutan festival Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib.