Türkiyəli aktyor-müğənni Emre Altuğ yeni paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, müğənni oğlu Kuzeyin məzun günündə övladları və keçmiş həyat yoldaşı, model Çağla Şıkellə bir araya gəlib.
"Çox özəl, kəlmələrə sığdıra bilməyəcəyim bir duyğudur. Yolun açıq olsun, oğlum" deyə, Emre paylaşımında yazıb.
Qeyd edək ki, Emre ilə Çağla 2015-ci ildə boşanıblar. Aktyor hazırda "Yalı çapkını" serialında rol alır.