TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızına toy edib.
Axşam.az xəbər verir ki, sədrin qızı Aygül Qurbanovanın toyu Bakıdakı dəbdəbəli restoranların birində baş tutub.
Məclisə qatılanlar arasında nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksəkvəzifəli şəxslər olub.
Toyda Xalq artistləri Aygün Kazımova, Tünzalə Ağayeva, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov, Röya Ayxan, müğənni Zamiq Hüseynov və başqaları yer alıb.