Amerikalı müğənni-aktrisa Cennifer Lopez “Vogue Mexico” jurnalının iyul buraxılışının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, ifaçı müxtəlif geyimlərdə nəşrin obyektivi qarşısına keçərək fotosessiya etdirib. Onun şəkilləri fotoqraf Norman Cin Roy tərəfindən çəkilib.
Çəkiliş Los-Ancelesdəki studiyada baş tutub. CeyLo "Giorgio Armani", "Dolce & Gabbana", "Chanel", "Dior", "Gabriela Hearst"dən olan libaslarını "Bvlgari" və "Messika"nın zinət əşyaları ilə tamamlayıb.