Gənc rəssam Nəzrin Abbasovanın “Hisslərin ağuşunda” adlı fərdi sərgisi olub.
Axşam.az xəbər verir ki, “Q Galery” qalereyasında keçirilən tədbirdə Nəzrin müxtəlif əsərlərini təqdim edib.
Sözügedən sərgi 25 iyunda sona çatacaq. Nəzrinin əsərləri tamaşaçıları unudulmaz emosional səyahətə aparacaq.
Yaradıcılıq Nəzrinin ömrünün daimi yol yoldaşıdır. Bu işdə ona müəllimi, rəssam Anar Şəmsi dəstək olur.