Böyük Britaniya kralı III Çarlzın Şotlandiyada Edinburqdakı Müqəddəs Giles Katedralində ikinci tacqoyma mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, mərasim ilk tacqoyma mərasimindən 2 ay sonra baş tutub. Tədbirdə krala Şotlandiya tacı, əsa və qılınc təqdim olunub.
Mərasimə Kraliça-konsort Kamilla, Şahzadə Uilyam və Keyt Middlton da qatılıb.