Amerikalı müğənni-aktrisa Selena Qomez küsülü olduğu aktrisa Fransi Raysoyla barışıb.
Axşam.az xəbər verir ki, aktrisa həmkarı ilə olan fotolarını sosial media hesabında paylaşıb. O, şəkillərə "Doğum günün mübarək. Həyat bizi hara aparırsa, aparsın mən səni sevirəm" deyə, yazıb.
Qeyd edək ki, Fransi 2017-ci ildə Selenanın həyatını xilas etmək üçün ona böyrəyini verib. İkili arasında münasibətin sonlanmasına səbəb aktrisanın qeyri-sağlam həyat tərzi keçirməsi olub. Fransiya Selenanı keçirdiyi əməliyyatdan sonra spirtli içki qəbul etdiyinə görə pisləyib.