Məşhur malayziyalı aktrisa Mişel Yeoh ailə qurub.
Axşam.az xəbər verir ki, 60 yaşlı aktrisa "Ferarri"nin keçmiş baş direktoru 77 yaşlı Jan Todtla İsveçrədə nikah masasına əyləşib. Cütlüyün toyu nişanlarından 6992 gün - 19 il sonra baş tutub.
Qeyd edək ki, Mişel və Jan 2004-cü ilin iyununda Şanxayda tanış olublar. Həmin ilin iyulunda ikili nişanlandıqlarını açıqlayıblar.
Mişel son olaraq "Hər şey hər yerdə və dərhal" filmindəki obrazına görə "Oskar" alıb.