"Bu illər mənə çox bədəllər ödətdi" - Fotolar

"Bu illər mənə çox bədəllər ödətdi" - Fotolar
5199 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə birlikdə istirahətə yollanıb. 

Axşam.az xəbər verir ki, İstanbulda dincələn Vüsalə qızı ilə fotosunu paylaşaraq bunları yazıb:

"Bu gün və keçmiş" adlı fotoçalışma təqdim edirik. 2019 və 2023-cü il. Mənim dünyamın vazkeçilməzi, can parçam, gözəl qızım, hansı ara belə böyüdün, boyun boyuma çatdı, maşallah. Bu illər mənə çox bədəllər ödətsə də, neçə sınaqlardan yıxılıb-qalxıb, üzüağ çıxsam da yaxşı ki, varımsan, həyat eşqim. Səni verən Allahıma sonsuz şükürlər olsun".