"Bunu mənim qədər edən ikinci müğənni yoxdur" - Fotolar

"Bunu mənim qədər edən ikinci müğənni yoxdur" - Fotolar
3594 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev obyektiv qarşısına keçərək, yeni fotosessiya etdirib. 

Axşam.az xəbər verir ki, ağ geyimdə şəkillər çəkdirən ifaçı yeniliklərindən də danışıb. Elvin bildirib ki, toy mövsümü başa çatsa da, istirahət düşünmür. O, yaradıcılığında yeniliklər etməyə hazırlaşdığını deyib:

"Hər gün toy olur, yaradıcılığa vaxt qalmırdı. İndi fürsətdən istifadə edib bəstələdiyim mahnıları yazdırıram. Mənim üçün toy da bir işdir. Hər zaman məni sevib, sənətimi bəyənib məclisinə dəvət edən şəxslərə hörmətlə yanaşmışam. Toylara da xüsusi hazırlaşıram. Tək repertuarım yox, geyimim də yerində olmalıdır. Bəlkə də Azərbaycanda toya mənim qədər böyük ansambılla, çəkilişlə gedən ikinci bir ifaçı yoxdur. Bu, mənim həm sənətimə, həm də məni məclisində görmək istəyən, sənətimi sevən insanlara hörmətimdən irəli gəlir. Mənim işimdə heç nə "yolaverdi" ola bilməz. Mahnıları canlı oxuyub, ən keyfiyyətli formada dinləyiciyə çatdırmalıyam. Biz sənət adamları hər zaman toyda növbəti toy üçün dəvət alırıq. Əgər sən yaxşı ifaçısansa, oradakı qonaq sənin oxumağını bəyənib, öz tədbirinə çağıracaq".

Geyimlərindən söz açan Elvin bildirib ki, çıxışı qədər onlara da xüsusi yanaşır. Qarderobunun zəngin olduğunu deyən müğənni bunları əlavə edib:

"Həm verilişlərə gedəndə, həm də məclislərə dəvət alanda geyim də mənim üçün çıxışım qədər önəm daşıyır. Əgər mənim geyim ürəyimcə olmasa, gedib yenisini alıb geyinəcəyəm. Və ya həmin yerə qatılmayacağam. Sənət adamları hər zaman diqqət mərkəzindədir. Tamaşaçı bizim ifamızla yanaşı geyimimizi, necə görünməyimizi də müzakirə edir. Əgər məni sevib, mahnılarımı dinləyirlərsə, məni izləyirlərsə, deməli onlara dörd dördlük bir iş təqdim etməliyəm. Mənim gördüyüm iş hər zaman mükəmməl olmalıdır, olur da".