Uzun müddətdir İsraildə məskunlaşan Rusiyanın Xalq artisti Alla Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkinlə Yurmalada Layma Vaikulenin “Rendezvous” festivalında görüntülənib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, diqqət çəkən məqam isə sənətçinin görünüşü olub. Belə ki, müğənni plastik əməliyyatla üzündəki qırışları aradan qaldırıb.
Puqaçovanın son halı görənlərin təəccübünə səbəb olub.
Qeyd edək ki, müğənni əri və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.