Rəqsanə "Sevgililər günü"ndə konsert verdi - fotolar
Ölkə
11:14 / 01.07.14
5255dəfə oxunub
A-
A
A+
Dünən müğənni Rəqsanə İsmayılovanın “Sevgililər günü”nə həsr olunmuş konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, ifaçı “Yaşıl Teatr”da keçirilən konsertinə sənət dostlarını da dəvət edib.
Gecəni “Payız” mahnısı ilə açan Rəqsanə qonaqlara sürprizlər hazırlayıb. İlk olaraq, 20 yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş video-çarx nümayiş edilib. Daha sonra aktyorlar səhnəcik göstəriblər. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən R.İsmayılova ilk xeyriyyə konsertinin uğurlu alınmasından və bunun davamlı olacağından danışıb. O, bundan sonra Heydər Əliyev Sarayında və bölgələrdə belə konsertlər verəcəyini deyib.
İfaçının saçları üzərində Fuad Hacıyev çalışıb, ümumi stilini isə Elnur Həsənov hazırlayıb. Gecədə dörd libas dəyişən Rəqsanə geyimlərini qızı Aysun İsmayılovanın hazırladığını bildirib. Gecənin aparıcıları Afaq Gəncəli və Günay Firudinqızı olub.
Qeyd edək ki, konsertə İlham və Fərizənin valideynləri, yaxın qohumları da qatılıb.