Əməkdar artist Elza Seyidcahan övladlarından danışıb. Axşam.az-ın məlumatına görə, müğənni bu yaxınlarda ad günü olan oğluna sürpriz edib. Oğlu üçün tort hazırladan sənətçi onun üzərinə gəlininin adını yazdırıb. E.Seyidcahan əməkdaşımızla söhbətində artıq nənə olmaq istədiyini deyib:
“Bu, oğlumun ailə qurduqdan sonra ilk ad günü idi. Orucluğa görə təmtəraqlı qeyd edə bilmədik. Buna görə də, evdə keçirdik, ona tort hədiyyə etdim. Tortun üzərinə gəlinimin adını – Xəyalə yazdırdım. Məni nənə etmələrini istəyirəm. Tezliklə nəvə sürprizini gözləyirəm”.
E.Seyidcahan qızı ilə bağlı da danışıb:
“Efirlərin birində qızımı evsiz oğlana verəcəyimi dedim. Böyük səs-küy doğurdu. Mən fikrimi dəyişmirəm. Əgər qızım sevsə, həmin oğlan ağıllı biri olsa, onların evlənməsinə razılıq verərəm. Hər şey ev, pul, maşın demək deyil. İndi onsuz qayınanalar kürəkənə kömək edir. Mən də ona kömək edərəm, ev də alaram. Hər zaman arzulamışam ki, böyük ailəmiz olsun, övladlarım mənimlə yaşasın”.