Rəqsanə başını keçəl etdirdi - fotolar

Rəqsanə başını keçəl etdirdi -  fotolar
9268 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova dünən “Yaşıl Teatr”da verdiyi konsertdə tamaşaçıları saç düzümü ilə təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, sənətçi başının bir tərəfini keçəl etdirib. Yeni imicindən danışan Rəqsanə buna son anda qərar verdiyini və fərqli görünmək üçün belə bir addım atdığını deyib. İfaçı saç düzümünü stilist Fuad Hacıyevin hazırladığını bildirib.

Qeyd edək ki, eyni saç modelini bir müddət öncə dünya ulduzu Rihanna da etdirib.

Foto: Rəşad ABBASOV